Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün müsabiqə bitdi

Vakant yerlər 136 olub

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə müvafiq olaraq, prokurorluq orqanlarına işə qəbulla əlaqədar 100 ştat vahidi üzrə bu il yanvarın 6-da elan olunmuş müsabiqəyə yekun vurulub. Müsabiqə elan edildikdən sonra prokurorluğa əlavə ştat vahidlərinin təsis edilməsi, habelə digər obyektiv səbəblərə görə vakant vəzifələrin sayının artması nəzərə alınmaqla, müsabiqəyə çıxarılmış ştat vahidlərinin sayı qismən artırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SalamNews-a verilən məlumta görə, müsabiqənin test və yazılı imtahan mərhələlərinin davamı olaraq avqustun 18-dən 26-dək Baş Prokurorluğun Müsabiqə komissiyası tərəfindən 136 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə keçirilən müsahibə nəticəsində 108 gənc hüquqşünas «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplayıb. Onlardan 69-u müsabiqədə ilk dəfə, 39-u isə təkrar iştirak edənlərdir. Namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunlarıdır.

2002-ci ildən başlanılmaqla mütəmadi olaraq keçirilən və sayca 10-cu olan sonuncu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Prezident İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olub.
Müsbət haldır ki, builki nəticələr də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 499 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 50 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkiliblər.
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün keçid balını toplamış namizədlər bu il sentyabrın 1-dənı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin olunacaqlar.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və «Qəbul otağı»nda yerləşdirilib.






27 Avqust, 2011  14:49 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner