Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Klinton-Nalbandyan gizlinləri üzə çıxdı

"Wikileaks" yenə gündəmə gəldi

"Wikileaks" saytı ABŞ-ın Ermənistandakı səfirliyinin 20-dən çox məktubunu dərc edib. Onlardan biri erməni-türk protokollarının imzalanmasından 10 gün sonra, 2009-cu ilin 20 oktyabr tarixində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən ABŞ dövlət katibi Hillari Klintona göndərilib.

Həmin günlər Cənubi Qafqazı ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau ziyarət etmişdi. O, İrəvanda Edvard Nalbandyanla görüşmüş və xarici işlər naziri ona ABŞ dövlət katibinə ünvanlanmış məktubunu çardırmışdı.

"Wikileaks" saytı məktubun mətnini dərc edib. Burada Edvard Nalbandyan yazır ki, Tina Kaydenaunun səfərindən faydalanaraq ona məktubu təqdim edir.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici rolunuza görə Dövlət Departamentinə və şəxsən Sizə öz məmnunluğumu bildirmək mənim üçün böyük sevinc və qürur hissi verir. Mən həmçinin Sürixdə ikitərəfli protokolların imzalanmasına verdiyiniz vacib töhfəyə görə sizə bir daha minnətdarlığımı bildirmək istərdim", deyən Nalbandyan razılığını dövlət katininin müavini Filip Qordona və ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçə də prosesdəki səylərinə görə razılığını çatdırmağı xahiş edib.

Bu sözlərdən sonra Ermənistan xarici işlər naziri yazıb: "Türkiyə tərəfindən Sürixdə son anda yaradılmış çətinlik göstərdi ki, indi biz pozitivliyin saxlanılması və situasiyanın prosesi poza biləcək dərəcədə inkişaf etməsinin qarşısını almaq üçün münasibətlərin yaxşılaşdırılmasında növbəti mərhələri diqqət mərkəzində saxlamalıyıq".

Edvard Nalbandyan əmin edib ki, Ermənistan protokollardan irəli gələn öhdəliklərə hörmət etməyə davam edir:

"Mən səmimi qəlbdən inanıram ki, protokolların ratifikasiyasından və uğurla reallaşdırılmasından sonra, bu sənədlər Ermənistan və Türkiyə arasında münasibətlərin əsasını təşkil edəcək və bütün Cənubi Qafqaz üçün faydalı ola bilər".

Ermənistan xarici işlər naziri əlavə edib ki, "Bir ildən çox çəkən çətin işdən sonra tərəflər çox vacib, amma eyni zamanda münasibətlərin normallamasında o qədər də möhkəm olmayan mərhələdədirlər və iki xalqın tarixi barışıq imkanı üçün Sizin yardımınız çox vacibdir".

"Mən ümid edirəm ki, bizim sıx və effektiv əməkdaşlığımız regionda davamlı stabilliyin güclənməsi və erməni-amerika tərədaşlığı üçün davam edəcək", deyə Ermənistan XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, artıq Türkiyə parlamenti erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib.Türkiyə parlamentinin daxili nizamnaməsinə əsasən qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar 2009-cu ilin 10 oktyabr tarixində Sürixdə imzalanıb. Protokollardan biri iki ölkə arasında münasibətlərin inkişafını, digəri isə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Lakin Ermənistan Türkiyənin ön şərt irəli sürməsini bəhanə gətirərək 2010-cu ilin 22 aprelində bu prosesin dondurulması haqqında qərar qəbul edib.






26 Avqust, 2011  16:19 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner