Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Meksikada narkobaronlar kazinonun külünü göyə sovurdular

51 nəfər diri-diri yanıb

Simsar.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, faciə Meksikanın şimalındakı Monterrey şəhərindəki Royal kazinosunda baş verib.

Məlumata görə, kazinoya 20-yə qədər silahlı cinayətkar daxil olub. Onlar kazinoya yandırıcı maddə tökərək, od vurublar. Nəticədə, bir neçə dəqiqə ərzində insanlar və kazino külə dönüb.

Cinayətkarların binanı tərk etmək əmrinə baxmayaraq, içəridəki insanlar özlərini itirərək müxtəlif istiqamətlərə qaçıblar və alovun tələsinə düşüblər. Onların çoxu binadan yol tapa bilməyərək içəridə qalıb.

Hüquq mühafizə orqanların bildirirlər ki, ölənlərin sayı hələ də tam dəqiqləşməyib. Yaralıların çoxunun vəziyyət son dərəcə ağır olaraq dəyərləndirilir.

Meksika prezidenti Filipe Kalderon bildirib ki, bu son dərəcə qəddar və iyrənc terror aktıdır. O, faciə baş verən Nuevo-Leon ştatının əhalisinə başsağlığı verib.

Məlumata görə, Royal kazinosu son zamanlar cinayətkarların sevimli hücum obyektinə çevrilib. Çünki kazino rəhbərliyi insan və narkotik alverçilərinə pul verməkdən imtina edirmiş.

Bir neçə il əvvəl Monterrey şəhəri nəinki Meksikanın, eləcə də bütün Latın Amerikasının ən təhlükəsiz şəhərlərindən biri olub. Amma 2010-cu ildə şəhərdə iki narkokartelin qarşıdurması başlayıb və vəziyyət kökündən dəyişib.

Bu ilin əvvəlindən Monterrey şəhərinin paytaxtı olduğu Nuevo-Leon ştatından mindən çox adam öldürülüb. İyulun əvvəlində şəhərdə bara hücum zamanı 21 nəfər qətlə yetirilib.

Filip Kalderonun 2006-cı ildə narkocinayətə qarşı müharibə elan etməsindən bu yana Meksikada 37 min adam qətlə yetirilib.






26 Avqust, 2011  15:10 Baxılıb: 1496 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner