Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sloveniyada Avropa Musiqi Mədəniyyətinin görüşü

Elmi konfransda Azərbaycan təmsil olunur

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Beynəlxalq Ənənəvi Musiqi Şurasının “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir. Avqustun 24-də başlanan konfrans ayın 28-ə qədər davam edəcək.
Tədbirdə iştirak etmək və məruzə ilə çıxış etmək məqsədilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Azərbaycan eksperti Sənubər Bağırova ezam olunub.
Tədbir İmago Sloveniae, Sloveniyanın Mədəni və Etnomusiqi Cəmiyyəti və digər təşkilatların dəstəyi ilə keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, konfrans Lyublyana Universitetində düzənlənib.
Tədbirdə ənənəvi musiqi və müqayisəli musiqişünaslıqla bağlı tədqiqat işləri, müasir etnomusiqi tendensiyaları, ənənəvi musiqinin globallaşması, milli hərəkatlarda rolu və başqa mövzular müzakirə olunur.
Arifə






26 Avqust, 2011  14:22 Baxılıb: 2275 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner