Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TRİPOLİDƏ 30-DAN ÇOX QƏDDAFİ TƏRƏFDARININ MEYİTİ TAPILIB

Liviya lideri Müəmmər Qəddafiyə sadiq 30-dan çox şəxsin Tripolinin mərkəzi rayonundakı hərbi düşərgənin ərazisində meyiti tapılıb

Öldürülənlərin bədənləri güllələrlə deşik-deşik olub. Onlardan azı ikisinin əli qandallı olub, bu isə ondan xəbər verir ki, bu insanlar edam edilib.

Meyitlərin tapıldığı rayonda əvvəllər Liviya liderinin tərəfdarları və əleyhdarları arasında qızğın döyüşlər gedib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyanşılar arasında silahlı toqquşmalara çevrilib. Bu qarşıdurmanın qurbanlarının sayı müxtəlif məlumatlara görə, min nəfərdir.

Üsyançı bölmələr NATO aviasiyasının dəstəyi ilə avqustun 22-də Liviya paytaxtı Tripoli şəhərinin çox hissəsini ələ keçiriblər. Çərşənbə axşamı üsyançı qüvvələr hökumət qoşunlarının son istehkamı - Qəddafinin möhkəmləndirilmiş iqamətgahının yerləşdiyi Bəb-əl-Əziziyyə məhəlləsini ələ keçirə biliblər. Liviya liderinin aqibəti ilə bağlı hələ ki heç nə məlum deyil.






26 Avqust, 2011  00:44 Baxılıb: 900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner