Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyə Azərbaycanla qaz müzakirələrini yekunlaşdırır

Söhbət "Şahdəniz" yatağının ikinci fazasında Türkiyəyə idə 6 milyard kubmetr və Türkiyədən keçməklə Avropaya ildə 10 milyard kubmetr qazın ötürülməsindən gedir

Türkiyənin energetika naziri Taner Yıldız "Reuters"ə verdiyi müsahibəsində bildirib ki, Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından qazın tranziti ilə bağlı danışıqları sentyabrın sonunadək başa çatdırmaq niyyətindədir.

Simsar.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, söhbət "Şahdəniz" yatağının ikinci fazasında Türkiyəyə idə 6 milyard kubmetr və Türkiyədən keçməklə Avropaya ildə 10 milyard kubmetr qazın ötürülməsindən gedir.

Taner Yıldız deyib: "Mən dostlarımıza tələsməyi məsləhət gördüm. Biz danışıqları son tarixdən- sentyabrın sonlarından daha əvvəl bitirmək istəyirik. Türkiyə tərəfi əlindən gələni edib. Layihəni sürətləndirmək üçün tezliklə müqavilə imzalanmalıdır".

Xatırladaq ki, danışıqlar Türkiyədəki seçkilər səbəbindən dayandırılmışdı və iyulun sonlarında baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bərpa olunmuşdu.

Avropa Azərbaycan qazını "Nabukko" qaz kəməri vasitəsilə almaq niyyətindədir. Bu qaz kəmərinin Avropanın Rusiya qazından asılılığı azaldacağı düşünülür. Nəşrin yazdığına görə, Azərbaycan bundan başqa, Türkiyə-Yunanıstan-İtaliya və Transadriatik qaz kəmərlərini də təmin etmək iqtidarındadır.

Xatırladaq ki, "Şahdəniz" yatağı ehtiyatlarının 1,2 trilyon kubmetr olduğu söylənilir. Yataqdan qazın hasilinə 2006-cı ildən başlanılıb. İkinci fazanın isə 2017-ci ildə işə düşəcəyi planlaşdırılır. Azərbaycan hazırda 20-dək şirkət və konsorsiumla ikinci faza qazının ixracı ilə bağlı danışıqlar aparır.






25 Avqust, 2011  15:41 Baxılıb: 1114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner