Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov müxalifəti "bekarlar" adlandırdı

"Onlar qəzet səhifələrində görünmək üçün bu işləri görürlər"

Azərbaycan müxalifətinin gündə bir təşkilat yaratmaq istəyi bekarçılıqdan qaynaqlanan əməllərdir. Bu barədə çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi müxalifət partiyalarının "nativ parlament" yaratmaq istəyinə münasibət bildirərkən deyib.

"Azərbaycan Respublikasının özünün parlamenti var, fəaliyyət göstərir. Xalq tərəfindən seçilmiş deputatlar fəaliyyət göstərir və xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər görür, qanunlar qəbul edir", - Norvuzov əlavə edib.

Onun sözlərinə görə, xalq tərəfindən dəstək almayan, heç vaxt seçkilərdə qalib şansı olmayan insanlar öz peşələri ilə məşğul olmaq əvəzinə, gündəmdə qalmaq üçün bu cür addımlar atırlar. Novruzov hesab edir ki, onların peşəkar fəaliyyət göstərə biləcəkləri bir sahə də yoxdur.

"Azərbaycan müxalifəti yalnız birdəfəlik təşkilatlar yaratmaqla məşğuldurlar. Onlar ancaq gündəmdə qalmaq üçün, qəzet səhifələrində görsənmək üçün bu işləri görürlər", - millət vəkili vurğulayıb.

O qeyd edib ki, partiyaların funksiyaları əslində tamam başqadır.

"Partiyalar kadrların hazırlanması, cəmiyyətə nativ layihələrin təqdim olunması və bu kimi işlərlə məşğul olmalıdırlar. Bu günə qədər o təşkilatların heç biri bu işlərlə məşğul olmayıb. Sadəcə bəyanatlar verməklə məşğuldurlar. Bütün bunlar da bekarçılıq, işsizlik əlaməti olan şeylərdir. Hesab edirəm ki, onların attıqları addım mənasız, məzmunsuz bir addımdır", - Novruzov qeyd edib.

Azərbaycanın bəzi müxalif partiyaları 125 nəfərdən ibarət "nativ parlament" yaratmaq istəyirlər.






24 Avqust, 2011  21:42 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner