Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sahibkar cəzalandı

O, haqsız rəqabətə yol verib

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, bir müddət ömcə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə “RAH-96” firmasına məxsus sexdə aparılan yoxlama zamanı südlü və plombir dondurmaların laborator müayinədən keçirilmədən satılması, dondurmaların etiketlərində məhsulun qida və enerji dəyərinin resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, habelə dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda plombir dondurmalarının etiketlərində məhsulun tərkibində təbii südün olmasının göstərilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “RAH-96” firmasına 6,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Anar






24 Avqust, 2011  20:47 Baxılıb: 1093 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner