Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SEÇKİ KEÇİRİLƏCƏK BƏLƏDİYYƏLƏRİN ADLARI DƏQİQLƏŞİB

Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin payızında Azərbaycanda keçiriləcək təkrar və əlavə bələdiyyə seçkisinə hazırlıqlara başlayıb.

MSK-nın rəsmi saytının verdiyi məlumata görə, artıq seçki keçiriləcək bələdiyyələrdən 9-nun adı məlumdur. Bunlar Xuluq bələdiyyəsi (51 saylı Qusar seçki dairəsi), Ağbil bələdiyyəsi (53 saylı Quba-Qusar seçki dairəsi), Şəhriyar bələdiyyəsi (64 saylı Sabirabad ikinci seçki dairəsi), Boradigah bələdiyyəsi (71 saylı Masallı kənd seçki dairəsi), Məzrəli bələdiyyəsi (79 saylı İmişli seçki dairəsi), Qızılkənd bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Sarıxanlı bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Şəfəq bələdiyyəsi (81 saylı Beyləqan seçki dairəsi) və Naftalan bələdiyyəsidir (96 saylı Goranboy-Naftalan seçki dairəsi). Seçki keçiriləcək digər bələdiyyələrin adlarının dəqiqləşdirilməsi işləri davam etdirilir.

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər 1718 bələdiyyəni əhatə edib. Seçkilər 108 seçki dairəsində keçirilib. Sonradan 9 bələdiyyə üzrə seçkinin nəticələri etibarsız sayılaraq ləğv edilib.






24 Avqust, 2011  20:02 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner