Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan prezidentinə ABŞ-a giriş qadağası

Sarkisyan yerliləri istəmir

Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a girişinə qadağa qoyula bilər. Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzetinə açıqlamasında ABŞ-da yayımlanan "Varayqir" proqramının aparıcısı deyib. Onun sözlərinə görə, Los-Ancelesdə yaşayan ermənilər bunu həyata keçirmək üçün artıq ərizə toplamağa başlayıblar. Onlar daha sonra ərizələr ABŞ Dövlət Departamentinə və digər inzibati idarəetmə orqanlarına göndərəcəklər.

Sarkisyana qarşı aksiya onun Ermənistanın müstəqilliyin 20-ci il dönümünə aid Los- Ancelesdə öz şərəfinə verəcəyi ziyafətlə bağlıdır. Belə ki, Birləşmiş Ştatlarda yaşayan ermənilər Ermənistanın indiki ağır sosial-iqtisadi vəziyətdə olmasını məhz hazırkı prezidentin adı ilə bağlayır.

Maraqlıdır ki, hələ avqustun əvvələrində ABŞ prezidenti Barak Obama öz sərəncamı ilə insan haqlarını, soyqırım və hərbi cinayətlərdə əli olan insanların Birləşmiş Ştatlara girişinə qadağa qoyub. Sərəncama əsasən, mülki şəxslərə qarşı kütləvi zorakılıq aktlarının həyata keçirməsini planlaşdıran, əmr edən və dəstək verən hər bir əcnəbinin ölkəyə girişi qadağandır.

Xocalıda silahsız azırbaycanlılarım qətlində iştirak etməsini qürurla britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində söyləyən Sarkisyan İrəvanda 2008-ci il mart ayında müxalifətin etiraz aksiyasının silah gücünə dağıdılmasına görə də ABŞ-a buraxılmaya bilər.

Qeyd edək ki, erməni müxalifəti Ermənistan prezidentinin ABŞ-da olan erməni mənşəli kriminal qruplaşmalarla əlaqəli olduğunu söyləyir. Belə qruplaşmalardan birinin sığorta fırıldaqları nəticəsində ABŞ-a milyonlarla zərər deyib.






24 Avqust, 2011  19:41 Baxılıb: 952 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner