Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

1 il ərzində server bazarı 18% artıb

“İDC” şirkətinin son analitik məlumatlarına əsasən, cari ilin ikinci rübündə server bazarı keçən illə müqayisədə 18% artıb.

 “İBM” korporasiyası isə bu seqmentdə 24,5% bazar payı ilə lider oyunçu olaraq qalır.

Analitiklər bildiriblər ki ki, “İBM” şirkəti rəsmi olaraq server bazarının lideridir, lakin “HP” şirkəti ilə onun arasındakı hədd çox cüzidir.

Server bazarının gəliri ikinci rübün nəticəsinə görə 13,2 milyard dollar təşkil edib ki, bu isə keçən ilin analoji nəticəsindən 17.8% çoxdur.

Faktiki olaraq, bu göstərici 2008-ci ildən bəri ən yüksək rüblük nəticə olub. Belə ki, həmin dövrlərdə server satışları maliyyə böhranı ilə əlaqədar sürətlə aşağı düşməyə başlamışdı.

Bununla belə, “İDC” şirkəti qeyd edib ki, cari ilin ikinci yarısı passiv olacaq və server bazarı, eyni yüksək dinamikanı göstərməyəcək.

"Bir çox şirkətlər avadanlığın yenilənməsi dövrünü bitirir və dünya iqtisadiyyatı üzərində yenidən qeyri-müəyyənlik təhlükəsi yaranıb. Bütün bunlar yeni avadanlıqların satışlarını saxlayan səbəblərdir" – “İDC” məsələni belə şərh edib.






24 Avqust, 2011  16:24 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner