Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT VİKTOR YANUKOVİÇİ TƏBRİK EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə təbrik məktubu ünvanlayıb

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Ukrayna xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün dost Ukrayna hərtərəfli inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl addımlar atmaqdadır.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, qarşılıqlı inam və etimad münasibətlərindən qaynaqlanan Azərbaycan-Ukrayna tərəfdaşlığını, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - tərikdə deyilir.

İlham Əliyev Viktor Yanukoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.






23 Avqust, 2011  23:28 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner