Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

7 saylı həbsxanadakı məhbuslar şikayət etdi

Hüququ müdafiəçiləri onlardan 22-ni dinləyib

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Şahin Camalov, Zəlihə Tahirova, Elmira Ələkbərova 7 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər. Komitədən Lent.az-a verilən məlumata görə, başçəkmə-monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Eyni zamanda 22 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb və hüquqi yardım göstərilib. Komitə üzvəri ilə söhbət zamanı bəzi məhkumlar pis rəftarla və bir sıra neqativ hallarla bağlı şikayətlərini çatdırıblar. Monitorinq zamanı sovet hakimiyyəti illərində tikilmiş digər CCM-lərdə olduğu kimi 7 saylı cəzaçəkmə müəssisəsində də sıxlıq problemi müşahidə edilib.

Cəzaçəkmə müəssisəsindəki məhkumların hər dörd nəfərindən birinin narkotik asılılığı var, məhkumların hər 16 nəfərindən biri isə psixi xəstədir. Belə vəziyyətdə istər personal, istərsə də məhkumların üzərinə böyük psixoloji yük düşür. Həmçinin müəssisənin həyəti, mətbəx və yeməkxanası təmiz, ərzaqların saxlanma vəziyyəti yaxşıdır, ibadət otağı, kitabxana və görüş otağı səliqəli və təmirli hesab olunub. Başçəkmə zamanı müəssisənin kitabxana fonduna pis rəftar və korrupsiya qarşı mübarizəyə dair kitablar verilib. Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.






23 Avqust, 2011  19:43 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner