Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tahir Salahov 28 Nobel mükafatçısı ilə bir sırada

Məşhur rəssam Avropa Elm və İncəsənət Akademiyasına üzv seçilib

Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) incəsənət bölməsi üzrə həqiqi üzv seçilib.

Qərar Akademiyanın senatının AEİA nominasiyaları üzrə iyulun səkkizində keçirilən sonuncu iclasında qəbul edilib. Bu barədə Akademiyanın Katibliyindən Trend-ə bildirilib.

Dünya şöhrətli rəssama Akademiyaya üzvlüyə görə vəsiqənin rəsmi təqdimatı gələn il martın 3-də AEİA-nın yerləşdiyi Avstriyanın Zalsburq şəhərində keçiriləcək.

Tahir Salahov Akademiyanın üçüncü sinfinə - incəsənət sinfinə üzv seçilib. AEİA-nın cəmi yeddi sinfi var: humanitar, tibbi, incəsənət sinfi, təbii elmlər, sosial elmlər (hüquq və iqtisadiyyat daxil olmaqla), texniki elmlər (ətraf mühitin mühafizəsi də daxil olmaqla), habelə dünya dinləri sinfi.

Avropa Elm və İncəsənət Akademiyasının 1400-dən çox üzvü vardır. Onun ən məşhur üzvləri Roma Papası XVI Benedikt və 28 nəfər Nobel mükafatı laureatıdır.

Tahir Salahov Azərbaycan ziyalılarının parlaq nümayəndələrindən biridir. Onun yaradıcılığı təkcə MDB məkanında deyil, həm də onun sərhədlərindən kənarda yaxşı tanınıb. Rəssam Moskvada yaşayır və işləyir.
Rəssamın ən məşhur əsərləri arasında "Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti", "Bəstəkar Dmitri Şostakoviçin portreti", "Meksika korridası", "Maksimilian Şellin portreti" və digərləri var.






23 Avqust, 2011  19:17 Baxılıb: 1760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner