Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Böyük aktyor

Şahmar Ələkbərov cəmi 50 il yaşadı

Cəmi 50 il ömür yaşayan xalq artisti Şahmar Ələkbərovun bu gün doğumunun 63 -ci ilidi. O, 23 avqust, 1943-cü ildə Gəncədə anadan olub.

Ş.Ələkbərov Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Təhsilini başa vurduqdan sonra aktyor, müəllim-assistent kimi institutda saxlanılıb.

Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının, "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı kimi оlub. Həmçinin оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb.

O, Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), oğlanlardan biri (“Bizim küçənin oğlanları”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif obrazlar yaradıb.

Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda vəfat edib.

Aynurə






23 Avqust, 2011  15:04 Baxılıb: 1145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner