Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

260 KQ YARARSIZ ƏRZAQ MƏHV EDİLİB

Azərbaycan bazarında daha 260 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda Naxçıvani küçəsi, ev 27 ünvanında Sadiq Əhmədova məxsus mağazada, Y.Hüseynov küçəsində Nazim Novruzova məxsus mağazada və «Orxan market»də, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 119 ünvanındakı «ELİSA market»də, Natəvan küçəsində yerləşən «Ən ucuz market»də, Nizami rayonunda B.Nuriyev küçəsindəki «NV market»də və Rəcəb Baxşiyevə məxsus mağazada, Q.Qarayev prospektində yerləşən «Real market»də və «Çinarə market»də, Nərimanov rayonunda M.K.Atatürk prospekti, ev 33 ünvanında yerləşən «Leyla market»də, Cəlilabad rayonunda Bakı-Astara şosesində Azad Mayılova məxsus mağazada, Tovuz rayonunda Aşağı Öysüzlü kəndində İsmayıl Əliyevə məxsus mağazada, Gəncə şəhərində İ.Qayıbov küçəsi, ev 193 ünvanında Elnur Zeynalova məxsus mağazada, Saatlı rayonunda H.Əliyev prospektində Gündüz Zahidova məxsus mağazada, Xiyabani küçəsində yerləşən «Həyat market»də, ümumi çəkisi 260 kq-dan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






22 Avqust, 2011  23:53 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner