Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

BALAKƏNDƏ 800-Ə YAXIN EVİN HƏYƏTYANI SAHƏSİ SU ALTINDA QALIB

Azərbaycan Balakən rayonuna yağan leysan yağışları nəticəsində 800-ə yaxın evin həyətyanı sahəsini sel suları basıb

Son iki gündə respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.
Böyük Qafqaz dağlarının cənub ətəyinin Zaqatala və Balakən rayonları ərazisindən keçən hissəsinə leysan yağışları yağıb. Nəticədə bölgənin iri çaylarından Talaçay, Katexçay, Balakən, Mazım, Silban və Mazıx çaylarında suyun səviyyəsi normadan artıb. Bölgəyə İki gün ərzində yağan leysan yağışları ən çox Balakən rayon ərazisinə düşüb. Leysan yağışları nəticəsində rayon ərazisindən axan Katex, Balakən, Mazımçay və İnter çaylarında suyun səviyyəsi normadan keçərək daşqınlar yaradıb.
Balakən rayon icra hakimiyyəti başçısının İtitala kəndi üzrə nümayəndəsi Gülüzar Qarayevanın verdiyi məlumata görə, Katex çayının daşması nəticəsində kənddə 250 evin həyətyanı sahəsi sel suları ilə dolub. 50 evin isə birinci mərtəbəsi sel suları ilə dolub, iki köhnə ev isə dağılıb, 50 evin divarlarında çat əmələ gəlib. Kənd qəbiristanlığı sel suları altında qalıb. Bundan başqa 480 yerlik məktəb binasının, uşaq bağçasının və poçt binasının həyətyanı sahəsi sel suları ilə dolub. Daşqın nəticəsində 150 hektar fındıq bağı, 600 hektar əkin-biçin sahəsi, 150 hektar örüş sahəsi sel suları altında qalıb, ümumilikdə 6 baş iri və xırda buynuzlu mal-qara, 1500 baş toyuq-cücə məhv olub.
Balakən RİH-dən verilən məlumata görə, daşqınlar nəticəsində Katex çayının kənarında ötən əsrin 60-cı illərində tikilmiş 100 metr qoruyucu bəndi dağılıb. İnter çayının məcrasından çıxması nəticəsində Şərif kəndi ərazisində 320-dək evin həyətyanı sahələrinə su dolub, sel iki körpünün dayaqlarını yuyub. Yeni Şərif kəndində də 100-dək, Qaysa, Xalatala və Meşəşambul kəndlərində hər birində 30-dək, Poçtbinə kəndində isə 15 evin həyətyanı sahələri, Meşəşambul kəndinin isə 700 hektara yaxın əkin sahəsi su altında qalıb. Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri və yerli sakinlər daşqınların yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində iş aparırlar.






22 Avqust, 2011  21:52 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner