Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın iki tanınmış xanım aktyoru Rusiya səhnəsində

Bizdə kənarda qalanlara ruslar əl uzatdı

Rusiyanın tanınmış rejissoru Roman Viktyuk Azərbaycanda səfərdədir. Rejissorunun səfərinin məqsədi Azərbaycan səhnəsində yeni tamaşa hazırlamaq və bu səhnə əsəri ilə bağlı bir sıra işləri görməkdir. APA-nın məlumatına görə, səfər çərçivəsində bu gün yerli mətbuat nümayəndələri ilə görüşən Roman Viktyuk avqustun sonuna qədər ölkəmizdə qonaq olacağını bildirib: “Azərbaycan çox isti və qonaqpərvər ölkədir. Xəzər dənizi qəlbimə çox yaxındır. İstəyirəm səhnəyə qoyacağım tamaşada Azərbaycanın uzun illərdir oynamayan aktyorları səhnəyə çıxsınlar. Artıq bununla bağlı Leyla Şıxlinskaya ilə danışıqlarımız olub və o özünü səhnədə təsəvvür etdiyini deyib. Bundan əlavə Şəfiqə Məmmədovanı o tamaşada görmək istəyirəm”.

R. Viktyuk Azərbaycanın “Üns” Teatrının səhnəsində qoyacağı tamaşa ispaniyalı yazıçı Alexandro Kasonun əsəri əsasında hazırlanacaq və “Derevya umeraet stoya” (“Ağaclar ayaq üstə ölürlər”) adlandırılacaq. R. Viktyuk bu tamaşada aktyorların həm Azərbaycan, həm də rus dilində danışmasına icazə veriləcəyini vurğulayıb: “Tamaşa üçün aktyor seçimi həyata keçirmək fikrindəyik. Elə bu görüşü də aktyorlar üçün elan kimi qiymətləndirmək olar. Tamaşanın süjet xətti çoxsaylı tamaşaçıların marağına səbəb olacaq. Tamaşanın hazırlığı üçün bu ilin noyabrında yenidən Azərbaycana gələcəyəm”.

R. Viktyuk tamaşanın süjet xətti barədə geniş şəkildə məlumat verib və Azərbaycan tamaşaçılarının bu səhnə əsərini maraqla qarşılayacağını deyib. O, sentyabrın ilk günlərində Rusiya telekanallarından birində aparıcılıq etdiyi verilişi Müslüm Maqomayevə həsr edəcəyini də sözlərinə əlavə edib.

Konfransda iştirak edən Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlov, Roman Viktuyukun Azərbaycan səhnəsində qoyacağı tamaşanın böyük uğur qazanacağını deyib.






22 Avqust, 2011  20:44 Baxılıb: 1195 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner