Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Ultionis” filmində baş rolun ifaçısı xəstəxanaya düşdü

Əflatun Abdullayevin (Cavid) daxili orqanı partlayıb

Ötən ilin noyabrından Azərbaycanda çəkilişləri davam edən “Ultionis” psixoloji trillerinin çəkilişlərində fasilə yaranıb. Səbəb baş rolun ifaçısı, gənc aktyor Əflatun Abdullayevin səhhətində qəfil yaranan problem olub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Nicat Qafuroğlunun APA-ya verdiyi məlumata görə, aktyor elə çəkiliş meydanında özünü pis hiss edib: “Elə bir epizodu çəkirdik ki, Əflatunun üzündə əzab və yorğunluq ifadəsi olmalı idi. Monitordan gördüm ki, bu əzab nəzərdə tutduğumuzdan daha çoxdur. Sən demə həmin vaxt onun içəridə orqanlarından biri partlayıbmış. Əvvəlcə onun zəhərləndiyini zənn edib, Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Müayinələr zamanı isə məlum oldu ki, təcili əməliyyat olunmalıdır. Əməliyyat Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda olundu. Aktyor yenicə palataya köçürülüb. Onun nə zaman çəkiliş meydanına qayıtmağını təbii ki, həkimlər müəyyənləşdirəcək”.

İnstitutun cərrahı Ramin Qasımov bildirib ki, kəskin qarın ağrıları ilə gətirilən Əflatun Abdullayev peritonit - başqa sözlə, apendisitin partlaması səbəbindən əməliyyat olunub və xəstənin vəziyyəti hazırda orta-ağırdır.

Qeyd edək ki, “Ultionis” bədii filmində Azərbaycanın xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva, ümumilikdə 167 aktyor və aktrisa rol alıb. Nüfuzlu beynəlxalq müsabiqələrə göndəriləmək üçün nəzərdə tutulan film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.






22 Avqust, 2011  20:21 Baxılıb: 1227 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner