Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xan Şuşinskinin 110 yaşı tamam olur

Bu gün Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Xan Şuşinskinin doğum günüdür.

Simsar.az-ın məlumatına görə, xanəndənin 110 yaşı tamam olur.

İsfəndiyar Aslan oğlu Cavanşir (Xan Şuşinski) 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Mənsub olduğu Cavanşirlər sülaləsi Qarabağ xanlarından sayılırdı. İsfəndiyarın atası Aslan ağa oğlunun yaxşı səsi olduğunu görüb onu Segah İslamın yanına aparmaq qərarına gəlir, xanəndədən uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır... Günlərin birində isə bəy evindəki məclisdə İsfəndiyarın ifası hamını heyran qoyur. Həmin gün məclisdəkilərin hamısı bir ağızdan deyir ki, “bu gündən adın olsun Xan Şuşinski”.

Elə o vaxtdan İsfəndiyar Aslan oğlu Cavanşir Xan Şuşinski adı ilə fəaliyyət göstərməyə başlayır. Tezliklə şöhrəti hər yerə yayılır. Dəfələrlə Opera və Balet Teatrında işləməyə dəvət etsələr də, razılaşmır. Yalnız xanəndə kimi fəaliyyət göstərir.

Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib. Misli görünməyən bu konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən də qəbul olunur. Mircəfər Bağırovun əmrilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir. Bundan sonra Xan Şuşinski fəaliyyətini daha da genişləndirir. Sovetin xan, bəy adına qəti qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətə xidmət edir. Azərbaycan musiqi tarixində ilk dəfə olaraq 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və “Şərəf” ordeninə layiq görülür. “Şuşanın dağları”, “Ay qəşəng ceyran” və başqa mahnıların bəstəkarıdır.

Azərbaycan musiqisinin xanı Xan Şuşinski 1979-cu il martın 18-də 78 yaşında vəfat edib.






20 Avqust, 2011  14:59 Baxılıb: 1346 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner