Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAKIDA TORPAQ SAHƏLƏRİNİN QİYMƏTLƏRİ

Bakıda ən ucuz torpağın bir sotu 350 dollardır

Bu ilin iyul ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. 

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyindən verilən xəbərə görə, iyulda bazara təklif olunan ümumi 777,7 ha torpaq sahəsinin 78,7%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalmasına və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımına baxmayaraq, bazarda orta qiymət azalması davam edib (0,8%).

Aparılan bazar araşdırmaları göstərir ki, iyul ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14006 dollar səviyyəsindən 0,8% azalaraq 13892 dollar təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.

Xəzər və Sabunçu rayonlarında müvafiq olaraq 0,1% və 0,2% qiymət azalması baş verib. Məlumata görə, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

İyul ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 min $sot Nəsimi (Təzə Bazarın yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.






19 Avqust, 2011  23:56 Baxılıb: 4256 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner