Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FİZULİDƏ DÖYÜŞ SURSATI TAPILIB

Füzuli rayonu ərazisində çoxlu sayda partlamamış hərbi sursat aşkarlanıb. Götürülən hərbi ləvazimatların 1993-94-cü illərdə ərazidə aparılan döyüş əməliyyatlarından qaldığı bildiri

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regional ofisindən verilən məlumata görə, son bir ay ərzində vətəndaşlar, yerli icra strukturları və polis tərəfindən ANAMA-ya daxil olan informasiyalar əsasında 200 ədədə yaxın müxtəlif növ artilleriya, tank, reaktiv qurğu mərmisi, mina, əl qumbarası və başqa döyüş sursatları aşkarlanaraq zərərsizləşdirilib.
Agentliyin əməliyyat meneceri Cavid Mehrəliyevin sözlərinə görə, iki gün ərzində 25 ədəd 125 mm-lik tank, 34 ədəd 100 mm-lik top, 12 ədəd 120 mm-lik minaatan, 40 ədəd 82 mm-lik minaatan, 2 ədəd “Qrad” tipli artilleriya, 30 ədəd 57 mm-lik artilleriya mərmisi, 20 ədəd əl qumbarası, 5 ədəd təbliğat mərmisi, Piyadaların Döyüş Maşını (PDM) üçün 3 ədəd mərmi, 3 ədəd OZM və 4 ədəd tank əleyhinə minanın partlayış yolu ilə zərərsizləşdirilməsi nəzərdə tutulur.
Daşınması mümkün olmayan partlayıcılar isə tapıldığı yerlərin yaxınlığındakı təhlükəsiz ərazidə əllə daşınma yolu partladılır.
ANAMA-dan verilən digər məlumata görə, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində 9 milyon kvadrat metr ərazi partlamamış hərbi sursatla (PHS) çirklənməkdə şübhəli bilinir.






19 Avqust, 2011  19:29 Baxılıb: 1048 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner