Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

13 yaşlı erməni qız Azərbaycanın cavabına cavab verdi

"Mən Bakıya getmək istəmirəm"

Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət etmiş Xankəndində yaşayan 13 yaşlı erməni qızı Adelina Avaqimyan Prezident Administrasiyasının ona ünvanladığı cavabla bağlı fikirlərini açıqlayıb. Simsar.az bildirir ki, erməni KİV-lərinə müsahibəsində 13 yaşlı Adelina məktubunda yazdığı suallara cavab almadığından gileylənib. 

O bildirib ki, belə cavab alacağını bilsə idi, heç məktub yazmazdı. Balaca qız özündən böyük iddalarla bildirib ki, cavab məktubunda onun Azərbaycan vətəndaşı kimi qələmə verilməsi xoşuna gəlməyib.
“Onlar Stepanakerti Xankəndi adlandılrırlar. Bu yad adamlar mənim doğma şəhərimin necə adlanmasını mənə öyrətmək istəyirlər”-deyə Adelina erməni xislətinə uyğun vurğulayıb.

13 yaşlı erməni qızcığaz Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun onu Azərbaycana səfərə dəvətinə də münasibət bildirib. Adelina Bakıya gəlməkdən imtina edib. O bunu “azərbaycanlılardan gözlədiyi təhlükələr” və “öldürülmə təhlükəsi” ilə izah edib.
“Mən başa düşdüm ki, azərbaycanlılar mənə yaddırlar. Mən onlara inanmıram. Qoy onlar özləri gəlsinlər və hər şeyi öz gözləri ilə görsünlər”-deyə Adelina müsahibəsində bildirib.

Qeyd edək ki, erməni qızının Prezident İlham Əliyevə məktubla müraciətinə ötən həftə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov cavab məktubu yazıb. Məktub ictimai fikirdə geniş rezonans doğurub.

Erməni riyakarlığının nümunəsi olan belə siyasi hoqqalara uşaqların cəlb edilməsi təəssüf doğurmaya bilməz.






19 Avqust, 2011  16:25 Baxılıb: 3539 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner