Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rusiyada ayı gənc qızı parçalayıb

Anası telefonda qızının fəryadlarını dinləyib

Rusiyanın Sibir bölgəsində gənc qız ayıların hücumuna məruz qalıb. Qızına kömək edə bilməyən ana isə bu hadisəni yalnız telefonla dinləməli olub.


Simsar.az saytının haberler.com-a istinadən verdiyi xəbərə görə,
ana kömək üçün onu axtaran qızının fəryadlarını saniyə- saniyə dinləmək məcburiyyətində qalıb.

Sibirin şərq ucundakı Petropavlovsk-Kamçatski bölgəsindəki Telmalny kəndi yaxınlığında Meşəyə gəzintiyə gedən 19 yaşında Olga Moskalyova ilə ögey atası bir ana və üç bala ayıyla qarşılaşıb.

Ana ayı hələ bilinməyən səbəblə ata ilə qızına hücum edib. Baba Igor Tsyganenkovu parçalayaraq, öldürən ana ayı ilə balaları hadisə yerindən yalnız 70 metr qədər qaça bilən Olgaya tərəf hərəkət ediblər.

Gənc qız həmin vaxt cib telefonu ilə anasına zəng edərək, kömək istəyib. Əvvəl qızının zarafat etdiyini düşünən ana Olga, yalnız bir neçə saniyədən sonra telefonda ayıların hırıltılarını və qırılan sümük səslərini eşidincə dəhşətə gəlib.

Ana Olga, telefonda canlı-canlı qızının ayılar tərəfindən yeyilməsinə şahid olub. Anası qızının "Ana, ayılar məni yeyir. Ana, canım çox ağrıyır. Ana, kömək et!" fəryadlarını çarəsizlik içində dinləyib.

Daha əvvəl olanlardan xəbərsiz olduğu üçün telefonu bağlayaraq kömək üçün ərini axtaran Olga, Igor Tsyganenkovun ayılar tərəfindən çoxdan parçalanaraq öldürüldüyünü bilməyib.

Bu vaxt ayıların əlindən bir an üçün xilas olan Tatyana bir daha anasını axtararaq, "Ana, ayılar geri döndü. Üç balasıyla geri döndü" deyib.


Qısa bir müddət sonra yenidən anasına zəng vuran qız, son dəfə "Ana, artıq canım acımır . Acı hiss etmirəm. Məni bağışla. Səni çox sevirəm " sözlərini deyib.

Meşədə axtarış edən kəndlilər, gənc qızla atasının faciəvi şəkildə parçalanmış cəsədlərini tapıblar.

Ana ayı və balaların ac olduğu üçün insanlara hücum etdiyi ehtimalı irəli sürülüb.


Aynurə






18 Avqust, 2011  22:18 Baxılıb: 1137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner