Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəhidlər Xiyabanında yeraltı keçidin tikintisi başlanıb

Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ACS Şəhidlər Xiyabanı və Milli Məclisin inzibati binası qarşısında yeraltı piyada keçidinin tikintisinə başlayıb.

ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, yeraltı keçid üç giriş-çıxışdan ibarət olacaq. Çıxışların Şəhidlər Xiyabanı, Milli Məclis və keçmiş «Moskva» mehmanxanasının yerində inşa edilən «Flame Tower» kompleksinin qarşısında inşası planlaşdırılır. Uzunluğu 180 metr, eni 8 metr, hündürlüyü 3 metr olan keçiddə hər çıxışda 2 ədəd olmaqla 6 eskalator quraşdırılacaq. 

«Azəryolservis» ASC-dən bildirilib ki, keçidin tikildiyi ərazidə çoxsaylı mühəndis-kommunikasiya qurğuları – su, qaz, işıq, rabitə və kanalizasiya xətləri keçir. Tikinti işlərinin aparılması üçün bu xətlərin yerinin dəyişdirilməsinə ehtiyac var və artıq bu işlərə start verilib. Hazırda rabitə və elektrik xətlərinin yeri dəyişdirilir. Bütün köçürülmə işləri təxminən iki ay davam edəcək. Bundan sonra keçidin bilavasitə tikintisi işlərinə başlanacaq. ASC-dən verilən məlumata görə, nə köçürülmə işləri, nə də tikinti zamanı buradan keçən yolun bağlanması gözlənilmir.

Keçiddə piyadaların təhlükəsizliyi və rahatlığının təmin edilməsi üçün yanğından mühafizə, ventilyasiya, qrunt sularının çəkilməsi üçün nasos sistemləri, eləcə də təhlükəsizlik kameraları quraşdırılacaq. Keçidin yaxın bir neçə aya istifadəyə verilməsi gözlənilir. İşlərin konkret başa çatması müddəti kommunikasiyaların köçürülməsindən sonra dəqiqləşəcək.

Bundan əlavə, yaxın vaxtlarda Heydər Əliyev prospektində - «Şəfa» stadionu yaxınlığında da yeni yeraltı keçidin tikintisinə başlanacaq.






18 Avqust, 2011  17:45 Baxılıb: 942 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner