Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

SAXTA SƏNƏDLƏR HAZIRLAYAN QRUP ƏLƏ KEÇİRİLİB

FHN-nin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan araşdırmalarla saxta sənədlər hazırlayan qrup ifşa edib

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara müvafiq olaraq ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və inşası, həmin qurğular üçün radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanması işlərinin həyata keçirilməsinə görə lisenziyanın və "Nüvə və radioloji" xüsusi layihələrin hazırlanması və işlənməsinə icazə verilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, bu sahədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, Səhiyyə Nazirliyinin 15 fevral 2007-ci il tarixli əmri ilə ləğv edilib, müalicə profilaktika müəssisələrinin tibbi texnika və optika ilə təchiz etmək səlahiyyətlərinə malik olmuş "Tibbitexnika" İstehsalat Ticarət Birliyinin sabiq direktoru Qəniyev Əlikram Qaraş oğlu, özünü həmin birliyin vəzifəli şəxsi kimi təqdim edən Bakı şəhər sakini Babayev Əliabbas Hacıbəy oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə birliyin direktoru kimi əvvəlki vəzifə səlahiyyətlərini davam etdirərək "Nüvə və Radioloji" xüsusi layihələrin hazırlanması və həmin layihələrin işlənməsinə Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin adından "Tibbitexnika" İTB-nə icazə verilməsi barədə 5 may 2010-cu il tarixli saxta məktub hazırlayıb.

Bundan sonra, Dövlət Agentliyindən müvafiq lisenziya almaları məqsədi ilə Əlikram Qəniyev və Əliabbas Babayev onlara müraciət edib "Estetik Medplaza" klinikasına, "Sağlam Ailə", "Şərq-Qərb təbabəti", "Nəbz" və digər Tibb Mərkəzlərinə "Tibbitexnika" İTB-nin adından saxta aktlar tərtib edərək təqdim edib və beləliklə, vətəndaşların, qeyd edilən tibb müəssisələrinin, eləcə də Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla həmçinin müəyyən edilib ki, Əlikram Qəniyev Əliabbas Babayevlə qabaqcadan əlbir olub qrup təşkil etməklə, özünü faktiki olaraq ləğv edilmiş "Tibbitexnika" İTB-nin direktoru kimi təqdim etməklə "Nəbz" Tibb Mərkəzinin vəzifəli şəxslərini aldadaraq saxta aktlarla gördükləri işi rəsmiləşdirmiş və qeyd edilən tibb mərkəzinin 700 manat pul vəsaitini ələ keçirməyə cəhd edib.

Törətdikləri cinayət əməllərinə görə Əlikram Qəniyev və Əliabbas Babayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

trend






18 Avqust, 2011  17:09 Baxılıb: 958 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner