Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Elçin Quliyev İranın problemli ölkə olduğunu bəyan etdi

DSX rəisi: "İrandan Azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb" 

İrandan Azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

"Narkotiklərin qeyri-qanuni dövriyyəsi və İran tərəfindən Azərbaycana narkotik keçirmək cəhdlərinin sayı artsa da Azərbaycan sərhədçiləri, digər aidiyyatı orqanlar tərəfindən görülən zəruri tədbirlər nəticəsində bunların qarşısı alınmaqdadır", - Quliyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada sərhəd xidmətinə tətbiq ediləcək ən müasir avadanlıqlar Azərbaycan sərhəd mühafizəsində tətbiq edilməkdədir.

"Məhs bunun nəticəsində son illərdə dövlət sərhədinin mühafizəsi ilə əlaqədar sərhədpozmaya cəhdlərinin təqribən 90 faizinin sərhəddə qarşısı alınıb. Bu, beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya qarşı, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə dünya miqyasında çox ciddi göstəricidir", - Xidmət rəisi qeyd edib.

O bildirib ki, son illər ərzində Azərbaycan sərhəd mühafizə infrastrukturunun ən yüksək səviyyədə təmin olunub.






18 Avqust, 2011  15:45 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04