Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

BAKI BUXTASINDA “GƏMİ MEYİTXANASI” YARADILIB

Gəmiqayırma zavodundan çıxarılan gəmilər burada parçalanacaq

Dənizkənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar Bakı buxtasından çıxarılan gəmilər Nargin adası sahilində yeni salınan limanda yerləşdirilir. Lent.az-ın məlumatına görə, parkın sahil boyunca Bibiheybət qəsəbəsinədək genişləndirilməsi çərçivəsində bir sıra gəmi təmiri zavodları artıq sökülüb. Ərazidəki gəmilər isə yedəyə qoşularaq Bakı buxtasında yerləşən Nargin adasına aparılıb.

Nargin adasına göndərilən gəmilərin əksəriyyəti burada sökülərək hissələrə parçalanacaq. Müasir tələblərə cavab verməyən bu gəmilər metal qırıntıları kimi istifadə olunacaq. Əvəzinə isə xaricdən yeniləri alınacaq. Artıq xeyli köhnə-yararsız gəmi yeni dayanacağa aparılıb. Həmin gəmilərin üzərində yazılmış adlar silinib. Buxtada yalnız ən böyük gəmi-bərələrdən sayılan “Merkuri 2” gəmisi qalıb. Tezliklə çıxarılması gözlənilən gəminin üzərindəki adı artıq silinib.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından isə Lent.az-a bildirilib ki, Bakı buxtasının və ətraf ərazilərin təmizlənməsi ilə əlaqədar tədbirlər planı həyata keçirilir. Plana əsasən, dənizin dibindən batmış gəmi, həmçinin digər metal konstruksiyalar çıxarılıb. Sahildə lövbər salmış gəmilər isə müvafiq yerlərə köçürülüb: “Sahil Mühafizə Xidmətinə məxsus gəmilər Hövsan qəsəbəsi sahilində yeni yaradılmış əraziyə aparılıb. Digər istifadəyə yararlı gəmilər isə Ələt qəsəbəsi və Hövsan qəsəbəsi sahillərinə aparılıb. Hazırda ələt qəsəbəsi ərazisində gəmi limanının tikintisi davam etdirilir. Həmçinin, paytaxtın bir neçə yerində gəmilərin yanaşması üçün körpülər tikilir”.


Qeyd edək ki, köhnə gəmilərdən Bayıl qəsəbəsi ərazisində yerləşən zavodlardan çıxarılarkən dənizə neft sızması hallarına rast gəlinir ki, bu da ərazidə neft qoxusunun yayılmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, Səbail rayonu ərazisində bəzi vaxtlarda kəskin neft qoxusunun gəlməsi məhz bununla bağlıdır. Lakin yaranan bu kimi problemlər dərhal aradan qaldırılır və ciddi fəsad yaradacaq miqyasda deyil.






18 Avqust, 2011  01:10 Baxılıb: 1216 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner