Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

MSK-NIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

MSK-nın yeni üzvlərinə vəsiqələr təqdim olunub

MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə MSK sədri Məzahir Pənahov komissiya üzvlərinə Mərkəzi Seçki Komissiyasının üzvlük vəsiqələrini təqdim edib. Sonra toplantıda komissiyanın 8 may və 19 iyul 2011-ci il tarixli iclaslarının protokolları təsdiqlənib. İclasda aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə də baxılıb. Məsələ barədə məlumat verən MSK sədri Məzahir Pənahov bildirib ki, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamına uyğun olaraq MSK aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırıb. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə regionlarda keçiriləcək. Kurslar iki hissədən - mühazirə və seminardan ibarət olacaq. 

Sonra MSK sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi barədə qərar qəbul edib. MSK 5 saylı Şahbuz - Babək və 15 saylı Yasamal birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.






17 Avqust, 2011  23:16 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04