Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

XİN "Google Earth"-lə bağlı hərəkətə keçdi

"Biz həmvətənlərimizi bu işdə fəal iştirak etməyə və öz dəyişiklik və əlavələrini etməyə çağırırıq"

Xarici İşlər Nazirliyi həmvətənləri xüsusilə Dağlıq Qarabağ ərazisində Azərbaycan mənşəli adların göstərilməsi məsələsində fəal olmağa çağırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib.

"Bu məsələ həmişə Azərbaycan XİN-in diqqət mərkəzindədir və xarici ölkələrdə akkreditə olunmuş səfirliklərlə əlaqələndirilir", - Abdullayev bildirib.

"Google Maps"in xəritlərində Azərbaycanın işğal olunmuş əraziləri erməni adları ilə verilib. Dağlıq Qarabağın ərazisində yerləşən Xankəndi, Xocavənd rayon mərkəzləri erməni toponimləri ilə göstərilib. Bundan başqa, Cəbrayıl, Füzuli, Ağdərə, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonlarının, eləcə də Laçın şəhər mərkəzinin adları da dəyişdirilib.

Abdullayevin sözlərinə görə, XİN məsələ ilə əlaqədar artıq səfirliklərə müvafiq göstərişlər verib.

"Eyni zamanda, qeyd etmək istəyirəm ki, "Google" proqramı istifadəçilər üçün açıqdır və belə proqramlarda Azərbaycan vətəndaşları, media nümayəndələri, xaricdə yaşayan azərbaycanlılar öz tövsiyələrini təqdim edə, fotoşəkillər, Azərbaycanın şəhər və kəndlərinin adlarını yerləşdirə bilərlər və əlbəttə ki, öz dəyişiklik və əlavələrini edə bilərlər", - XİN rəsmisi deyib.

"Ona görə də biz həmvətənlərimizi bu işdə fəal iştirak etməyə və öz dəyişiklik və əlavələrini etməyə çağırırıq", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






17 Avqust, 2011  21:19 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04