Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

"RLS vasitəsilə münaqişənin həllini gözləmək sadəlöhvlükdür"

Aydın Mirzəzadə: "Azərbaycan Qəbələ RLS-dən müttəfiqlərinin maraqlarına zidd istifadəyə yol verməyəcək"

Azərbaycan heç bir vaxt öz mülkiyyəti olan Qəbələ RLS-dən qonşu dövlətlərin, xüsusilə müttəfiqlərinin maraqlarına zidd istifadə olunmasına yol verməyib və bundan sonra da verməyəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə hakim Yeni Azərbaycan Partiyasının saytına bildirib.

Mirzəzadənin sözlərinə görə, gələn il Qəbələ RLS-ə dair müqavilənin müddəti bitdiyi üçün tərəflər müqavilənin şərtlərini yenidən nəzərdən keçirirlər.

O bildirib ki, Azərbaycan tərəfi qiymətlərin, eləcə də situasiyanın xeyli dərəcədə dəyişdiyini nəzərə alaraq qiymətlərin artırılması və bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürüb.

Deputatın sözlərinə görə, Rusiya bu təklifləri qəbul edib və müzakirə edir.

"Eyni zamanda, Rusiya tərəfindən Qəbələ RLS-in modernləşdirilməsi ilə bağlı təkliflər daxil olub. Bu təklifləri mülkiyyət sahibi olaraq Azərbaycan nəzərdən keçirir və sonra müvafiq qərara gəlinəcək", - millət vəkili vurğulayıb.

Mirzəzadənin fikrincə, Qəbələ RLS-dən istifadə Azərbaycan və Rusiya arasındakı münasibətlərin, strateji tərəfdaşlığın göstəricisidir və bundan sonra tərəflər bu münasibətləri daha da inkişaf etdirmək əzmindədir.

O, bəzi ekspertlərin Qəbələ RLS-dən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyaya qarşı təziyq vasitəsi kimi istifadə edilməsinə dair səsləndirdiyi fikirləri qeyri-ciddi hesab edir.

Qəbələ RLS-lə bağlı məsələnin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməsini düzgün hesab etməyən Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ problemi çoxaspektli, dərin və beynəlxalq səviyyəli məsələdir.

"Kiçik bir stansiyanın vasitəsilə münaqişənin həllini gözləmək sadəlöhvlük olardı. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Azərbaycan öz prinsipial mövqeyini bütün görüşlərdə səsləndirir və burada Rusiya tərəfinin mövqeyimizi qəbul etməsi bizi razı salan şərtlərdəndir. Bu baxımdan, Azərbaycan hər bir məsələni ilk növbədə özünün və regionun maraqlarına uyğun həll etməyə çalışır. Qəbələ RLS-lə bağlı yeni müqavilədə də bu amillərin nəzərə alınacağı şübhəsizdir", - millət vəkili vurğulayıb.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni icarə şərtləri əsasında davam etdirib. Saziş stansiyanın statusunu Azərbaycanın mülkiyyəti olmaqla və Rusiyaya 2012-ci ilədək on il müddətinə müqavilənin uzadılması şərtilə icarəyə verilən analitik-informasiya mərkəzi kimi statusunu müəyyənləşdirib. Onun icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.






17 Avqust, 2011  21:01 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04