Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

«SOMALİYƏ YARDIM» KAMPANİYASINA DƏSTƏK

İslam Əməkdaşlıq Təşkilatı ölkələri səfirləri «Somaliyə Yardım» kampaniyasına dəstək veriblər

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) tərəfindən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələri üçün hər il olduğu kimi, ənənəvi iftar məclisi keçirilib.

İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən verilən məlumata görə, iftar məclisi zamanı qonaqlara İKGF-nin beş il ərzində fəaliyyəti, həyata keçirdiyi cari layihələr – Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “İslam Əməkdaşlıq Təşkilatı Modeli” adlı Beynəlxalq münasibətlər üzrə Təhsil Proqramı, “Xocalıya Ədalət !” kampaniyası, Gənc İş Adamları Beynəlxalq Şəbəkəsi haqqında slayd-şou formatında təqdimat keçirilib. Tədbirin sonunda İKGF tərəfindən bir həftə əvvəl başlanmış Somalidə aclıq çəkənlərə yardım kampaniyası haqqında da məlumat verilib. İftar mərasimində iştirak edən yüksək səviyyəli səfirlik nümayəndələri maliyyə yardımı edərək xeyriyyə kampaniyasına qoşulublar.
Xatırladaq ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir.
Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944
saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər.






17 Avqust, 2011  19:01 Baxılıb: 1103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04