Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Terrorçuların terror cəzası

İki azərbaycanlını oldürən Əbu Zərr edam edilib

“Əl-Qaidə” terror təşkilatının Türkiyə qanadının lideri olmuş və Taliban qüvvələri tərəfindən öldürülmüş “Əbu Zərr” ləqəbli terrorçunun öldürülməzdən əvvəl çəkilmiş fotosu yayımlanıb.

Simsar.az-ın “Taraf” qəzetinə istinadən verdiyi məlumata görə, fotoda “əl-Qaidə” üzvü olan iki azərbaycanlını öldürtdürməkdə ittiham olunan “Əbu Zərr” əli qandallı halda dua edir. Bundan sonra isə türkiyəli terrorçu daha iki nəfərlə güllələnib. 

Qeyd edək ki, Konyada doğulan və əsl adı Sərdal Erbaşı olan Əbu Zərr 16 il əvvəl Çeçenistanda ruslara qarşı vuruşmuş qrupda iştirak edib. Daha sonra Əfqanıstanın Vəziristan bölgəsində “Əl Qaidə”nin nəzdindəki “Taifatul Mansura” qrupunun tərkibində döyüşən Əbu Zərr burada təşkilatın maliyyə və təbliğat məsələlərinə nəzarət edib. Lakin bir müddət sonra onunla birgə qrupda döyüşən azərbaycanlılar Şamil Dağıstanlı və İsmayıl Azəri arasında xaricdən gələn pulların istifadəsi ilə bağlı fikir ayrılığı yaranıb. Bundan sonra Əbu Zərrin gizli göstərişi ilə hər iki şəxs öldürülüb.

Daha sonra isə Əbu Zərrin əməli məlum olub. Talibanın Vəzirstan-Uruzqan bölgəsində qurduğu şəriət məhkəməsinin qərarı ilə Əbu Zərr və onun iki döyüşçüsü mühakimə olunub. Hər üç şəxs güllələnərək edam edilib. Şəriət məhkəməsində danışan Əbu Zərrin adamları azərbaycanlı döyüşçüləri öldürdüklərini etiraf ediblər.






17 Avqust, 2011  16:21 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner