Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

POLİS ƏMƏKDAŞLARINA XƏSARƏT YETİRƏN ŞƏXS TUTULUB

Dünən axşam Gəncədə yol polisinin iki əməkdaşına bıçaqla xəsarət yetirən şəxs tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektorları Vüsal Alyev və Asim Əliyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış Vüsal Süleymanov tutularaq istintaqa təhvil verilib.

Ötən axşam saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantları Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında bir qrup şəxsin mübahisə etdiyini görüb, ictimai asayişi qorumaq məqsədilə onlara yaxınlaşıblar.

Polis əməkdaşları həmin şəxsləri qayda-qanuna riayət etməyə çağırıb. Mübahisə edənlərdən biri polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Alıyevin vəziyyəti isə qənaətbəxşdir.

Trend






17 Avqust, 2011  15:37 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner