Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İdman

ÇEMPİONLAR LİQASI: "PLAY-OFF"-UN 20 KOMANDASI YARIŞDI

Dünən UEFA Çempionlar Liqasında "play-off" mərhələsinin oyunları keçirilib.

20 komanda qruplara düşə bilmək üçün mübarizə aparaıb.

Birinci oyun gününün ən maraqlı görüşlərindən biri Hollandiyada baş tutub. Yerli "Tvente" üçüncü təsnifat mərhələsində "Trabzonspor"u mübarizədən kənarlaşdıran Portuqaliyanın "Benfika" klubunu qəbul edib.

Lakin hollandlar öz meydanlarında "Benfika" ilə bacarmayıblar. Meydan sahibləri görüşdə erkən qola sevinsələr də, fasiləyə məğlub yollanıblar. Lakin ikinci hissədə daha bir dəfə fərqlənən "Tvente" futbolçuları məğlubiyyətdən yaxa qurtarıblar - 2:2.

Digər maraqlı qarşılaşma isə İngiltərədə keçirilib. Londonun "Arsenal" klubu İtaliya təmsilçisi "Udineze" ilə münasibətlərinə aydınlıq gətirib. Lakin bu oyunun taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində fərqlənən Teo Uolkotun qolu oyunda yeganə olub - 1:0.

Rusiya "Rubin"i isə daha çətin sınaq qarşısında idi. ÇL-in III təsnifat mərhələsində Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdıran "Rubin" bu dəfə Fransa "Lion"u ilə qarşılaşıb. Erkən qolla hesabda önə keçən Kazan təmsilçisi bu uğurun davamını gətirə biməyib və görüşdən 1:3 hesablı məğlubiyyətlə ayırılıb.

İkinci oyun günündə də maraqlı görüşlər keçiriləcək. Sözsüz ki, ən diqqətçəkən oyunlardan biri Zaqreb "Dinamo"su ilə "Malmö" arasında baş tutacaq.

Xatırladaq ki, Xorvatiya təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Neftçi"ni turnirdən kənarlaşdırmışdı.

16 avqust

Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunları

23:45. "Kopenhagen" (Danimarka) – "Viktoriya" (Çexiya) - 1:3
Qollar: Kolar, 52 (0:1), Pilar, 59 (0:2), Öttesen, 69 (1:2), Fillo, 79 (1:3)

23:45. BATE (Belarus) – "Şturm" (Avstriya) - 1:1
Qollar: Veber, 12 (0:1), Simiç, 59 (1:1)

23:45. "Tvente" (Hollandiya) – "Benfika" (Portuqaliya) - 2:2
Qollar: Luuk de Yonq, 6 (1:0), Oskar Kardozo, 21 (1:1), Nolito, 35 (1:2), Ruiz, 80 (2:2)

23:45. "Arsenal" (İngiltərə) – "Udineze" (İtaliya) - 1:0
Qol: Toe Uolkot, 4 (1:0)

23:45. "Lion" (Fransa) – "Rubin" (Rusiya) - 3:1
Qollar: Vladimir Dyadyun, 3 (0:1), Qomis, 10 (1:1), 40 (2:1), Briand, 71 (3:1)

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin cavab oyunları avqustun 23-24-də keçiriləcək.






17 Avqust, 2011  15:30 Baxılıb: 2969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04