Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

İlhamə Quliyeva doğum gününü sakit keçirəcək

Xalq artisti 68 yaşını qohumları ilə qeyd edəcək

Bu gün səhnəmizin primadonnası, Azərbaycan və Dağıstan respublikalarının xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Doğum günü təəssüratlarını Simsar.az-a danışan xalq artisti çox xöşbəxt olduğunu, səhnə uğurlarının heç vaxt onu tərk etmədiyini bildirdi: “Mən həyata qalib kimi gəlmişəm, qalib olaraq yaşıyıram və qalib tək əlvida deyəcəm. Xalqımdan, dövlətimdən, onun rəhbərliyindən çox razıyam. Məni heç vaxt unutmayıblar”.

İ.Quliyeva doğum gününü təmtəraqlı keçirməyəcəyini dilə gətirdi: «Hamı bilir ki, anam Tükəzban xanım rəhmətə gedənə qədər doğum gününü əntənəli şəkildə qeyd edirdim. Artıq bir neçə ildir ki, bu günü anamsız keçirirəm. Anam olmayan yerdə vur-çatlasından söhbət gedə bilməz. Dostlarımla, yaxınlarımla birlikdə doğum günümü qeyd edəyik və anamın xatirəsini yad edəcəyik”.

Xalq artisti onu da bildirdi ki, gələcəkdə yebiley tədbiri keçirmək niyyətindədir: “Mən hər doğum günümü hansı klubda, diskotekada keçirməyi, onu telekanallarla yayıb özümü reklam etdirməyi xoşlamıram. Belə hərəkətlər İlhamə Quliyevanın səviyyəsinə uyğun deyil. Təmtəraqlı şəkildə qeyd etdiyim və qeyd edəcəyim yubileylər səviyyəli olub və olacaq. Və son iki ildi ki, doğum günü Ramazan bayramına təsadüf edir. Buna görə çox xöşbəxtəm”.

Simsar.az saytı xalq artistini doğum günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayır.

Quliyeva İlhamə Məzahir qızı 17.08.1943-cü ildə Lənkəran şəhrində doğulub .
Müğənni Tükəzban İsmayılovanın qızıdır.
1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1965-70 illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-80 illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev İlhamə Quliyevaya Xalq artisti adını verib.
Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. Azərbaycanının "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İlhamə Quliyeva 40 ildən çoxdur müğənni kimi sənətdədir. Azərbaycanın və Dağıstanın (2008-ci ildə) xalq artistidir. Özünə "Primadonna" təxəllüsünü götürmüşdür.

Bir sıra sevilən mahnı və klipləri vardır.Bunlardan da ən yadda qalanı Yaşın nə Fərqi var (duet Rəşad İlyasov) ,Neylərsən, Qara Gilə ( duet Dəyirman qrupu), Sevgi Hekayəti, Unut məni, Gedirəm , Darıxmışam və s.






17 Avqust, 2011  14:51 Baxılıb: 2778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner