Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya Bankı Azərbaycana 30 milyon dollar kredit verəcək

“Kənd investisiya” layihəsinə maraq artıb

Kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouenlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən SalamNews-a verilən məlumta görə, görüşün əsas məqsədi “Azərbaycanın İkinci Kənd Təsərrüfatı Layihəsi”lə bağlı məsələləri müzakirə etmək və Azərbaycanın kənd təsərrüfatı strategiyası barədə fikir mübadiləsi aparmaqdan ibarət olub.

Nazir bildirib ki, Dünya Bankı tərəfindən müxtəlif dövrlərdə respublikamızda kənd təsərrüfatı sahəsinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi beynəlxalq təcrübənin, aqrar sahədə mütərəqqi dəyişikliklərin və nailiyyətlərin Azərbaycan kəndinə nüfuz etməsinə, həmçinin kredit və maliyyə resurslarına fermerlərin çıxışının asanlaşmasına səbəb olub.

İ.Abasov “Kənd investisiya” layihəsinin uğurlu nəticələri onun davam etdirilməsi üçün əsaslı zamin yaratdığından və bu istiqamətdə Əlavə Maliyyıləşmə layihəsinin icra olunduğunu, “İkinci Kənd İnvestisiya” layihəsi üzrə hazırlıq işlərinin yekunlaşdığını nəzərə çatdırıb: "Gözlənilən layihənin ümumi dəyəri 54 mln ABŞ dolları həcmində olacaq. Bunun 30 milyonu BİA, 20 milyonu Azərbaycan hökuməti, 4 milyonu isə icmaların payına düşəcək. Layihənin həyata keçirirlməsi kənd yerlərində infrastrukturun, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, yerlərdə miqrasiyanın azaldılmasına dəsətək verəcək".

Nazir İsmət Abasov Azərbaycanla bu qurum arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini söyləyib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen səmimi qəbula görə minnətdarlığını bildirərək, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.






16 Avqust, 2011  20:13 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner