Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DSMF-NİN GƏLİRLƏRİ ARTIB

Bu ilin ötən yeddi ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artaraq 1100,5 mln. manat təşkil edib.

Fondun ictimaiyyətlə əlaqələr bölməsindən Lent.az-a verilən məlumata görə, bu rəqəm 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,2 faiz çoxdur.

Hesablamalara görə, gəlirlərin 62,2 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 37,6 faizini dövlət büdcəsindən ayırmalar, 0,2 faizini isə sair daxilolmalar təşkil edib.

Məlumatda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 57,6 faizi və ya 394,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşdüyü və məbləği əvvəlki ilə nisbətən 12,9 faiz və ya 45,2 mln. manat artdığı qeyd olunub.

Sahibkarların və torpaq mülkiyyətçilərin kütləvi dövlət sığortasına cəlb edilməsinin nəticəsi olaraq daxilolmalar sahibkarlar üzrə 15,9 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 22,9 faiz artıb.

Eyni zamanda 2011-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 290,5 mln. olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 26,2 mln. manat artım deməkdir.

Fonddan daxil olan məlumatda, gəlirlərin səviyyəsinin pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə müsbət təsiri vurğulanıb.

2011-ci ilin yanvar-iyul aylarında Fondun xərcləri isə 1059,6 mln. manat təşkil edib. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1034,4 mln. manat vəsait sərf olunub. Bu məbləğ əvvəlki ilə nisbətdə 74,7 mln. manat, uyğun olaraq 7,8 faiz artıb. Sırf pensiya xərcləri ötən ilin ilk 6 ayına nisbətən 7,5 faiz və ya 70 mln. manat artaraq 1002,5 mln. manat təşkil edib.

Əlavə edək ki, cari ilin ilk 7 ayında əhaliyə 31,9 mln. manat məbləğində müavinət ödənilib. Bu məbləğin 33,4 faizi hamiləliyə və doğuma görə, 26,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn üçün, 22,4 faizi isə digər müavinətlərin payına düşüb.

Sonda hesabatda Fondun digər xərclərinin 25,2 mln. manat olduğu və bu məbləğin 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 6,3 mln. manat və ya 20 faiz az təşkil etdiyi bildirilib.






16 Avqust, 2011  18:02 Baxılıb: 1190 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner