Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

16 bələdiyyənin işi prokurorluqdadır

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasda ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası, habelə ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Dövlət Proqramının icrası diqqət mərkəzində saxlanılıb, cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı qanunvericilik aktlarının işlənilməsində nazirlik tərəfindən fəal iştirak edilib, 159 normativ hüquqi akt layihəsi hazırlanıb, 612 akt hüquqi ekspertizadan keçirilib. Bildirilib ki, inzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib, 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib. Eyni zamanda, qeyd olunub ki, nazirlik tərəfindən beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər davam etdirilib. Mərakeş, Rusiya, Gürcüstan və s. dövlətlərlə mühüm ikitərəfli sənədlər imzalanıb, qarşılıqlı səfərlər edilib.
İclasda həmçinin, mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulub, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər konkret tədbirlər müəyyən olunub.

Kollegiyada ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub, son illər keçirilmiş 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunması qeyd edilib, kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsinin zəruriliyi bildirilib. Bununla əlaqədar, işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınaraq nazirliyin internet saytı vasitəsilə müraciətlərin edilməsi üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilib.
Kollegiyada həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.






16 Avqust, 2011  15:06 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner