Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mirzə Xəzərin səsi gəldi

"Hazırda Avropadayam və səhhətimdə heç bir problem yoxdur”

“Mən sağ-salamatam və hazırda Avropada yaşayıram. Səhhətimdə də heç bir problem yoxdur”.

Bu açıqlamanı APA-ya görkəmli jurnalist, 20 ildən artıq “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına rəhbərlik etmiş Mirzə Xəzər verib. O deyib ki, vəfat etməsi ilə bağlı xəbəri bir neçə dəqiqə əvvəl həyat yoldaşı tərəfindən eşidib: “Evdə istirahət edirdim. Sonra həyat yoldaşım dedi ki, internetdə sənin dünyadan köçməyinlə bağlı xəbər yayılıb. Mobil telefona baxdıqda 40-a yaxın zəngin gəldiyini də gördüm. Sosial şəbəkələrə baxdıqda da çox təəccübləndim”.

M. Xəzərə bildirib ki, il yarım əvvəl cərrahi əməliyyat olunsa da, səhhəti ilə bağlı narahatçılığı yoxdur: “Azərbaycana gəlməyim məsələsi isə gündəmdə deyil. Amma çağırsalar, gələrəm. Jurnalist olaraq isə www.mirzexezerinsesi.net internet portalını inkişaf etdirməyi düşünürəm. Eyni adlı radionun fəaliyyətini genişləndirmək imkanım isə yoxdur. Bir sözlə yazıb-pozuram və beləcə peşəmdən kənarlaşmıram”.

Qeyd edək ki, bu gün Mirzə Xəzərin uzun sürən xəstəlikdən sonra 64 yaşında Bakıda vəfat etdiyi haqda xəbərlər yayılıb.

Xatırladaq ki, Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin iyununda SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ildən “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına işləyib, 1985-ci ildə Vaşinqtonda “Amerikanın səsi” radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb. 1987-ci ilin fevralında Almaniyaya qayıdıb, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Oradan çıxdıqdan sonra isə “Mirzə Xəzərin Səsi” radiosunu yaradıb.

Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb. Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə tərcümə edib. Evlidir, üç övladı var.






15 Avqust, 2011  20:02 Baxılıb: 1825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner