Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NAXÇIVAN GÖMRÜYÜNDƏ VƏTƏNDAŞLAR CƏRİMƏLƏNDİ

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi altı ay ərzində illik proqnoz-tapşırığa 103 faiz əməl edib.

Bu barədə məlumatı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (NMRDK) Maliyyə-tarif şöbəsinin rəisi Pənah Pənahov NMRDK-nin 2011-ci ilin ilk altı ayına dair hesabatı zamanı verib. O bildirib ki, 2011-ci il üçün müəyyən olunmuş 3 milyon 300 min manat proqnoza qarşı 3 milyon 408 min 248 manat toplanaraq büdcəyə köçürülüb. Ödənişlərin 21%-i avtonəqliyyat vasitələrinin, 79%-i isə malların rəsmiləşdirilməsindən əldə olunub.


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hüquq-mühafizə fəaliyyəti nəticəsində 6 ay ərzində 196 inzibati xəta faktı aşkar edilib və inzibati xəta törədən vətəndaşlardan 11 min 822 manat cərimə alınıb. İnzibati məsuliyyətə cəlb olunanlardan 191-i fiziki şəxs, 5-i isə hüquqi şəxs olub.


Altı ay ərzində muxtar respublikanın gömrük sərhədlərindən keçirilən 139 min 935 kq kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Bu məhsulların sırasında 11 min 230 kq Türkiyə istehsalı olan meyvə-tərəvəz məhsulları (qovun, qarpız, şaftalı, ərik, kartof) nitratların miqdarı normadan xeyli artıq olduğuna görə saxlanılıb. Həmçinin, İran istehsalı olan 54 min 907 kq kənd təsərrüfatı məhsulunda, Azərbaycanın digər bölgələrindən gətirilmiş 70 min 400 kq qarpızın tərkibində də nitratların miqdarının çox olduğu aşkara çıxarılıb.


Xeyli sayda İran istehsalı olan ərzaq, texniki spirt və dərman preparatları üzərində istehsal və son istifadə tarixi olmamasına, vaxtı keçdiyinə və keyfiyyətini itirdiyinə görə gömrük nəzarəti altında geri qaytarılıb. İran və Türkiyə istehsalı olan, ümumi çəkisi 80 tona yaxın kənd təsərrüfatı məhsulu və konservləşdirilmiş qida məhsullarının, dondurulmuş toyuq, mal və donuz ətinin, həmçinin 20 min şüşə pivənin, 25 min 500 kq quş və mal-qara yeminin keyfiyyətinin təyini üçün müvafiq laboratoriyalara göndərilməsi və ekspertiza sənədlərinin alınması işi həyata keçirildikdən sonra buraxılışına icazə verilib.






15 Avqust, 2011  19:04 Baxılıb: 976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner