Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mirzə Xəzər son dəfə Simsar.az-a danışdı

“Meydan boşdur…”

Vaxtilə insanların sevə-sevə dinlədiyi, “Azadlıq” radiosunda çıxışını səbirsizliklə gözlədiyi Mirzə Xəzər 64 yaşında vəfat edib.
Vaxtlar ölkənin siyasi gündəminə ciddi təsir etmək gücündə idi. Onun hakimiyyətə, məmurlara qarşı sərt çıxışları ilə yanaşı, müxalifətə yönəli də ittihamları olurdu.
Məlum səbəblər üzündən radiodan uzaqlaşandan sonra Mirzə Xəzər aktiv jurnalistik fəaliyyətlə məşğul olmadı. “Mirzə Xəzərin səsi” İnternet radiosu da gözlənilən populyarlıq qazanmadı.
Populyar nəşrlərdə çıxış etməsə də, Mirzə Xəzər tez-tez sosial şəbəkələrdə görünür. Amma onun statusları bir qədər fərqlidir. Daha çox müxalifət qəzetlərində dərc olunan məqalələrin tənqidi üzərində qurulu şərhləri.

Ölümündən iki gün öncə, Simsar.az-ın əməkdaşı “Facebook” sosial şəbəkəsi vasitəsilə M.Xəzərlə söhbətləşib. Jurnalist öncə fəaliyyətndən bəhs edib.
- Hal-hazırda mən öz vebsaytımı idarə etməklə və sosial şəbəkələrdə (Tvitter və Facebookda) fəal iştirak etməklə məşğulam. Başqa rəsmi işim yoxdur. Media ilə əlaqədar indilik ciddi bir planım yoxdur.
- Belə görünür ki, Azərbaycandakı prosesləri yaxından izləyir və fikirlərinizi “Facebook”da bölüşürsünüz. “Azadlıq” radiosunda işləyərkən siz hakimiyyəti sərt tənqid edirdiz. Amma hazırda muxalifəti tənqid edirsiniz.
Bu ziddiyyətə necə aydınlıq gətirərdiz?
- Yox, səhv fikirdir. Mən Azadlıq radiosunda işləyəndə hakimiyyəti də tənqid edirdim, müxalifəti də. Hakimiyyəti tənqid etdiyim üçün hakimiyyət mənə hücum edirdi. Müxalifəti tənqid etdiyim üçün müxalifət rəsmiləri Vaşinqtona və radionun rəhbərliyinə şikayət edirdilər. Müxalifətə yer verirdim, çünki müxalifətin əlində elektron media – radio və televiziya yoxdur, hər şey hakimiyyətin əlində cəmləşib.
- Ayaz Mutəllibovun ölkəyə dönüşünü necə qiymətləndirirsiniz? Ümumiyyətlə Mütəllibovla bağlı fikirlərinizi bilmek maraqlı olardı. Vaxtilə onun hakimiyyətini də sərt tənqid etmisiniz?
- Əvvəlcə Ayaz Mütəllibova başsağlığı verirəm. Allah rəhmət eləsin. Çox kədərləndim. Ayaz Mütəlliboun 19 illik ayrılıqdan sonar yenidən müvəqqəti də olsa, vətənə qayıtmasına sevindim, amma bu qayıdış başqa cür olaydı, belə kədərlə bağlı olmayaydı. Ayaz müəllimə böyük hörmətim var. Onunla dəfələrlə telefonda söhbətlərim olub. Çox alicənab, mədəni, savadlı, humanist, əzazillikdən, hakimiyyət hərisliyindən uzaq bir insandır.
- Hakimiyyətin Mütəllibova bu jestini çoxları təqdir edir. Hətta bəziləri fikirləşir ki, digər siyasi mühacirlər, məsələn Rəsul Quliyevin də ölkəyə dönməsi üçün şərait yaranib. Rəsmi kursda belə yumşalmanı siz də hiss edirsinizmi?
- Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibova gənc oğlunun dəfn mərasimində iştirak etmək üçün vətənə qayıtmaq imkanı verdiyinə görə hakimiyyətə minnətdarlıq edənləri başa düşmürəm. Ayaz Mütəllibovu öz oğlunun dəfninə buraxmaq hakimiyyətin vəzifəsidir və bunu “humanist” hərəkət adlandırıb millətin boynuna minnət yükləmək səyləri gülüncdür. Fuad Ələsgərovun ortaya çıxıb məsələdən siyasi qazanc əldə etməyə çalışması da etikadan uzaq bir hərəkətdir. Sualın ikinci hissəsinə gəldikdə, mən hakimiyyətin kursunda heç bir yumşalma hiss etmirəm və inanmıram ki, Ayaz Mütəllibova qısa müddət üçün Bakıya gəlmək imkan verilməsi digər siyasi mühacirlər, o cümlədən Rəsul Quliyevin ölkəyə qayıtması üçün şərait yaradılmayıb və hakimiyyət heç vaxt bu məsələdə siyasətini yumşaltmaz.

- Azərbaycan mətbuatının durumunu necə qiymətləndirirsiniz? Vaxtilə bir çoxları jurnalist, azad soz deyəndə Mirze Xəzər göz önünə gəlirdi. Amma bu gün deyəsən, stuasiya dəyişib. Jurnalistikadan danışan media maqnatların sayı çoxalıb. Sizcə nə baş verir?

- “Media maqnatları” ifadəsi xoşuma gəldi. Məncə, "lümpen-maqnatlar" ifadəsi daha dəqiq olar. Azərbaycanda hər sahədə bir maqnat var. Bu üzdəniraq “maqnatlar” medianı iflic ediblər və bu “maqnatlar” mövcud olduqca Azərbaycan mediasında vəziyyətin yaxşılaşacağına ümid bəsləmək əbəsdir. Çünki, bu qüdrətli “maqnat” dəstəsinin yolunda duran maneələrin hamısı sıradan çıxarılıb. Meydan boşdur…

RUSLAN






15 Avqust, 2011  16:43 Baxılıb: 1590 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner