Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“BIÇAQ SÜMÜYƏ DİRƏNİB, ƏVƏZİ AĞIR OLACAQ”

Ərdoğan: “Ramazana görə səbr etdik, amma sonrakı aylar fərqli olacaq”

Ədalət və İnkişaf Partiyasının (AKP) 10-cu ildönümü mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürdlərin təmsil olunduğu BDP-yə və terror örgütü PKK-ya növbəti sərt mesajlar göndərib.
“Bıçaq sümüyə dirənib, əvəzi ağır olacaq" deyə Ərdoğan vurğulayıb.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan Ankarada təşkil edilən iftar mərasiminin ardından çox əsəbi tonda çıxış edib:

“Bu mübarək Ramazan ayında təəssüf ki, balalarımız şəhid edilir və balalarımızı şəhid edən bu bölücü terror təşkilatına qarşı bizlər mübarək ayda səbrlə davam edirik. Amma unutmayın, bizim mədəniyyətimizin keçmişində, o cəhalət dövründə belə, kimsə kimsəyə güllə atmaz, qan tökməzdi. Amma bu bölücü terror təşkilatı və onların siyasi uzantıları baxın nələr edirlər. Daha dünən 3 əsgərimizi şəhid etdilər. Baxın, unutmayın artıq yenə açıq söyləyirəm, bıçaq sümüyə dirənib və bu ölkədə bölücü terror təşkilatıyla arasına məsafə qoymayanlar da cinayətdə iştirak edirlər, onlar da bunun əvəzini ödəməyə məhkum olacaqlar".
Ərdoğan "nə aldadan olacağıq, nə aldanan olacağıq. Cəmiyyətin haqqı və vicdanı olmağa davam edəcəyik” deyib. Baş nazir bildirib ki, “Türkiyədə barışa kölgə salanlar, qan tökərək azadlıqdan məhrum edilənlər, məmurları, əsgərləri, öldürənlər, qaçıranlar bizlərin təslim olacağını, “sağ ol” edəcəyimizi zənn edirlərsə, bunu bizdən gözləməsinlər. bunun fakturası ağır olacaq".
Ərdoğan "Ramazana hörmət olaraq, biz bu anda səbr edirik, amma Ramazandan sonra fərqli olacaq" deyə vurğulayıb.






15 Avqust, 2011  16:25 Baxılıb: 977 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner