Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAKI FUNİKULYORUNDA NƏ KİMİ YENİLİKLƏR OLACAQ?

Funikulyorun stansiyaları tamamilə şüşədən yığılacaq və piramida formasında olacaq

Bakı Funikulyorunda əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Bu məqsədlə funikulyorun ətrafı hasara alınıb. Belə ki, Funikulyorun rəisi Tofiq İsmayılov təmir və yenidənqurma işlərinin xarici şirkət tərəfindən aparıldığını deyib. Üstəlik də əlavə edib ki, daha ətraflı məlumatı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsindən almaq olar.

Lakin təmir işləri ilə məşğul olan fəhlələrdən onu öyrənmək mümkün olub ki, Bakı Funikulyoru bu dəfə tamamilə dəyişdiriləcək, vaqonlardan tutmuş relslərə qədər. Onlara inansaq, gələn il mayın sonlarında, yəni “Eurovision 2012”dək funikulyorun açılışı olacaq.

Yeni layihəyə əsasən funikulyorun stansiyaları tamamilə şüşədən yığılacaq və piramida formasında olacaq. Bir növ “İçərişəhər” metrostansiyasını xatırladacaq.

Xatırladaq ki, Bakı Funikulyoru 1960-çı ildə mayın 5-də istifadəyə verilib. Bəhram gurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən funikulyor 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir.

ANS






15 Avqust, 2011  15:03 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner