Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənistana kütləvi qırğın silahı üçün maddə aparan erməni həbs olunub

Rusiyada hərbi texnika, silah və kütləvi qırğın silahlarının (KQS) yaradılmasında istifadə olunan maddələrin qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşı həbs olunub.

Simsar.az-ın məlumatına görə, Vaqe Melkonyan adlı erməninin həbsi barədə qərarı Bryansk şəhər məhkəməsi qəbul edib.

V. Melkonyan iyunun 26-da saxlanılıb. Rusiya gömrükçülərinin keçirdiyi əməliyyat zamanı onun «Renault» markalı yük maşınından zirehli tank texnikasına aid komplektlər, hərbi təyinatlı mühərriklər, həmçinin kütləvi qırğın silahlarında istifadə olunan 12 kq-dan çox berillium tozu aşkarlanıb. O, bu hərbi avadanlıqları və zəhərli maddəni Rusiyadan Ukraynaya, oradan isə Ermənistana aparmağı planlaşdırıb. O, sərhədi keçərkən yük gömrük bəyannaməsində hərbi təyinatlı avadanlıqları mülki avadanlıq kimi göstərib, berillium barədə isə məlumat verməyib.

Rusiya gömrükçülərinin hesablamalarına görə, V. Melkonyandan müsadirə olunmuş malların ümumi dəyəri 1,8 milyon rubl təşkil edir.

Məhkəmə prosesində öz günahını boynuna alan Melkonyana Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə (qaçaqmalçılıq, xüsusi nəzarət altında olan, silah istehsalı üçün istifadə edilən avadanlığın, hərbi texnika hissələrinin qaçaqmalçılığı, KQS istehsalı üçün istifadə olunan maddələrin qaçaqmalçılığı) 3 il sınaq cəzası verilib və o, eyni zamanda 80 min rubl cərimələnib.

Məhkəmə prosesində Ermənistana aparılması planlaşdırılan həmin malların Moskvanın Leninqrad bölgəsindəki hərbi hissələrdən birindən həmin hərbi hissənin zabitləri tərəfindən oğurlandığı sübuta yetirilib.






13 Avqust, 2011  17:00 Baxılıb: 1145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner