Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Mədəsində narkotik daşıyanlar saxlanıldı

İrandan Azərbaycana "ağ ölüm"ün necə keçirildiyi bəlli oldu

Astara Gömrük İdarəsində keçirilən gömrük yoxlaması zamanı İrandan Azərbaycana gələn Salyan şəhər sakini Rüfət Salahovun yoxlamadan yayındırmaq üçün bükülüdə udmağa cəhd etdiyi çəkisi 24.441 qram olan tiryək aşkar olunaraq götürülüb. İrandan Azərbaycana gələn İran vətəndaşı Fərid Rəsulun idarə etdiyi "Mersedes" markalı sərnişin avtobusuna baxış zamanı avtobusun yük yerində, içərisindəki yükdə 3 cüt ayaqqabının daban hissəsində xüsusi qaydada kəsilərək yerləşdirilmiş, kapirovka kağızına bükülmüş formada 6 ədəd bağlamada ümumi çəkisi 295.88 qram təşkil edən heroin aşkar edilib.

Digər yoxlamalar zamanı İrandan ölkəyə qayıdan Lerik şəhər sakini Mübariz Məmiyevin üzərindən 70 qram həşiş qətranı, Lənkəran rayon sakini Emin Əhmədovdan 5.938 qram heroin, Şakir Qafarovun üzərində aparılmış tibbi müayinə nəticəsində, onun düz bağırsağında polietilenə bükülmüş formada, 1 ədəd bağlamada çəkisi 45.010 qram olan heroin və xalis çəkisi 6.150 qram təşkil edən tiryək, Gəncə şəhər sakini Elçin Yusifovun idarə etdiyi nəqliyyat vasitəsinin kardanında xüsusi üsullarla gizlədilmiş 3010 qram heroin aşkar olunaraq götürülüb.

DGK və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Astara şəhər sakini Feyzulla Axundov İrandan Azərbaycana gələrkən və Sərnişin şöbəsində gömrük nəzarətindən keçirilib. Onun üzərində aparılmış şəxsi yoxlama zamanı düz bağırsağında polietilenə bükülmüş formada, 2 ədəd bağlamada olmaqla, ümumi çəkisi 53 qram təşkil edən heroin və ümumi çəkisi 12 qram təşkil edən həşiş aşkarlanıb.

Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində isə İ Azərbaycan vətəndaşı Həsən Həsənovun üzərində aparılmış şəxsi yoxlama zamanı tibbi müayinə nəticəsində onun düz bağırsağından, sellofana bükülü bir bağlamada 8 ədəd üzərində "ddp-M40" nişanəsi olan qəhvəyi rəngli, “Metadon” adlı və 6 ədəd ağ rəngli, "Tramadol" adlı həblər, Arif Məlik-Yeqanovun düz bağırsağından isə, polietilenə bükülü 4 ədəd bağlamada 29.108 qram heroin aşkar edilərək götürülüb.






13 Avqust, 2011  16:05 Baxılıb: 1203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner