Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslamazeri.az-ın baş redaktoru sərbəst buraxılıb

O, 4 saata yaxın dindirilib

İslamazeri.az internet qəzetinin baş redaktoru Hacı Ramin Bayramov Nərimanov rayonunun 18-cı polis şöbəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. Bu barədə İslamazeri.az saytı məlumat verib.

Simsar.az-ın məlumatına görə, R.Bayramov Bakı Baş Polis İdarəsində dindirilib. 4 saata yaxın davam edən dindirmə mayın 6-da keçirilən "hicaba azadlıq!" aksiyası ilə bağlı olub.

R.Bayramov bildirib ki, əvvəl onu 18-ci polis bölməsinə, sonra isə Bakı şəhər Baş Polis İdarəsinə çağırıblar. Baş redaktordan rəhbərlik etdiyi saytın fəaliyyəti, həmçinin "hicaba azadlıq!" aksiyası barədə maraqlanıblar.

Ramin Bayramovun vəkili Elçin Namazov isə daha öncə mətbuata açıqlamasında bildirib ki, müvəkkilini dünən günorta saatlarında MTN-nin 2-ci bölməsinin əməkdaşları aparıblar: “Orada cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin birinci dəfə narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirilib. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança, 2 ədəd f-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı”.

Amma R.Bayramov bu barədə heç nə deməyib. Ehtimal olunur ki, R.Bayramovun fəaliyyətinin İranla bağlı olub-olmamaslı araşdırılır. Son günlər İran rəssmiləri Azərbaycan xalqı və onun rəhbərliyi barədə sərt açıqlamalar veriblər.

RAMİN






12 Avqust, 2011  17:42 Baxılıb: 1185 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner