Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Zəfər" Musiqi və Teatr festivalı çərçivəsində tədbirlər davam edir. Əməkdar artist Aybəniz Haşımova və "Sənət Akademiyası"nın gənc istedadlar Biləsuvar rayonuna yollanaraq bu tədbirlərdən birində i.tirak ediblər. Belə ki, Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon Çərəkən kənd klubunda konsert proqramı ilə çıxış ediblər. Qeyd edək ki, gənc ifaçılardan Milıana Nəbiyeva, Həsən Əliyev, Hikmət Qasımov, Əhməd Məmmədov, Rişad Heydərov, Arzu Əliyeva, Solmaz İsmayılzadə və başqaları ifa ediblər.