Ağdam rayonu Bəhmədli kənd sakini və hazırda Yevlax rayonunda məskunlaşmış Şölə Qarayeva bildirir ki, 2005-ci ildə bələdiyyə sədri Sǝrlan Musayevə ödəniş edərək, 24 sot torpaq alıb.
Həmin dövrdə torpağın 12 sotunun sənədləri ona verilsə də, qalan 12 sot icarə müqaviləsi əsasında verilib.
Onun sözlərinə görə, sonradan həmin torpağın sahibi Anar adlı şəxs ortaya çıxaraq torpağın ona aid olduğunu və yerində tikilmiş evin sökülməsini tələb edib. Daha sonra isə vətəndaşı məhkəməyə verib.
Şikayətçi deyir ki, məhkəmələrdə süründürməçiliyə məruz qalıb üstəlik məhkəmə bildirişi ona proses olub bitdikdən sonra gəlib.
Vətəndaş ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək, ona köməklik göstərilməsini xahiş edir. (dia.az)