Xəbər verdiyimiz kimi, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Bir nəfər isə mülki şəxsdir. Qeyd edək ki, lokal antiterror tədbirlərinin başlamasından bir qədər əvvəl həmin ərazidə DİN-in əməkdaşı olan 4 polis erməni seperatçıların törətdiyi terror aktı, 3 polis əməkdaşı isə qəza səbəbindən vəfat edib.